RU

Güzdəkdə də evləri su basıb... “Kömək edən yoxdur, çarəsiz qalmışıq...” + FOTO/VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Güclü yağışlardan sonra Bakı ətrafında hələ də su altında qalan yaşayış yerləri var. Onlardan biri də Abşeron rayonu Aşağı Güzdək kəndinin yeni salınan ərazlərindəki həyət evləridir.

Sakinlərin “AzPolitika”ya verdiyi məlumata görə, yağışlar zamanı yaxınlıqdakı kiçik göldə suyun səviyyəsi yüksələrək ətrafdakı evləri, yolları basıb. Hadisədən iki həftə ötməsinə baxmayaraq onların problemini həll edən qurum tapılmayıb.

“Biz dəfələrlə Fövqəladə Hallar Nazirliyinə (FHN), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət etdikdəkdən sonra bir motor və bir neçə metr plastik boru verdilər. Vəd veriblər ki, icra hakimiyyəti pul ayırıacaq, problem həll olunacaq, amma heç bir nəticə yoxdur. Verdikləri motor yararsız vəziyyətədir, işləmir, şikayətlərimə baxılmır, bütün əşyalarımız su içində qalıb, ev heyvanlarımız tələf olub, getməyə yerimiz yoxdur. Köməksiz qalmışıq, saytınız vasitəsi ilə aidiyyatı qurumlara müraciət edirik ki, gəlib problemi həll etsinlər, vətəndaşlara qarşı bu qədər laqeyidlik olmaz”, - sakinlərdən biri bildirib.

Abşeron Rayon İcra Hakimiyyətindən sakinlərin şikayəti ilə bağlı bildirilib ki, yağışlar nəticəsində yaxınlıqdakı adsız gölün daşması və qrunt sularının artması nəticəsində sakinlər ziyan çəkib, problemin aradan qaldırılması istiqamətində tədbirlər görürlər.

Rasim

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
azpolitika.info

1Источники