RU

Makron ABŞ və İran liderləri ilə regiondakı gərginliyi müzakirəETDİ

Fransa Prezidenti Emmanuel Macron Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian ilə görüşdüyünü açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Makron bildirib ki, o, əvvəlcə İran Prezidenti ilə, daha sonra isə ABŞ Prezidenti ilə danışıqlar aparıb. Görüşlərdə əsas müzakirə mövzusu regiondakı gərgin vəziyyət olub.

Fransa lideri qeyd edib ki, İslamabad şəhərində yarımçıq qalan danışıqların davam etdirilməsi vacibdir. Onun sözlərinə görə, bu, yeni eskalasiya mərhələsinin qarşısını almaq üçün zəruridir.

Makron vurğulayıb ki, tərəflər tam atəşkəsə nail olmalı, o cümlədən Livan da bu prosesə daxil edilməlidir. O, həmçinin Hörmüz boğazı üzərindən keçidin maneəsiz təmin olunmasının, yoxlamalar və əlavə ödənişlər olmadan açıq saxlanmasının vacibliyini qeyd edib.

NURİYYƏ

Избранный
18
1
redaktor.az

2Источники