RU

Yeni tikilmiş binada partlayış Ölən var Yenilənib

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Nəsimi rayonunda yeni tikilmiş binada partlayış olub.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində baş verib.

Partlayışın dalğasından tikintidə çalışan fəhlə yüksək mərtəbədən yıxılaraq həyatını itirib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

***

Oxu.az-ın məlumatına görə, hadisə 20 Yanvar küçəsində yerləşən yaşayış binasında qeydə alınıb. Həmin binanın mənzillərindən birinin eyvanında usta tərəfindən aparılan iş zamanı partlayış olub.

Məlumata görə, 34 yaşlı Ömər Məhərrəmli kondisionerin mühərrikinə qaz doldurarkən partlayış baş verib. Nəticədə, o, 15-ci mərtəbədən yıxılaraq hadisə yerində ölüb.

Hadisə zamanı eyvanda olan digər şəxs isə xəsarət alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
1
qafqazinfo.az

10Источники