RU

8 aylıq hamilə arvadını qətlə yetirdi: Ərindən şok etiraf

Türkiyənin Kastamonu şəhərində 8 aylıq hamilə həyat yoldaşını öldürməkdə ittiham olunan 29 yaşlı Berkan Civilin istintaq prosesi davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ötən ilin yazında İnönü məhəlləsində baş verib.

Qonşuların mənzildən gələn pis qoxu ilə bağlı müraciətindən sonra evə daxil olan polis 34 həftəlik hamilə Elif Civilin meyitini aşkarlayıb. Ekspertiza qadının 12 bıçaq zərbəsi ilə qətlə yetirildiyini və cəsədin 10 gündən çox evdə qaldığını müəyyən edib.

Berkan Civil saxlanılaraq məhkəmə qarşısına çıxarılıb. O, ifadəsində hadisənin necə baş verdiyini xatırlamadığını iddia edib. Qeyd edib ki, o, yalnız həyat yoldaşının meyiti ilə günlərlə eyni evdə qaldığını xatırlayır.

Избранный
20
publika.az

1Источники