RU

Mərkəzi Bank: Tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi idxala təsir göstərir

Yaxın Şərqdə baş verən proseslər nəticəsində neft qiymətləri artır, bu isə Azərbaycanın valyuta rezervlərinin çoxalması, tədiyə balansının möhkəmlənməsi deməkdir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın direktoru Vüsal Qurbanov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, digər tərəfdən isə, neftin bahalaşması Azərbaycanın tərəfdaş olduğu ölkələrdə inflyasiyasının artımı deməkdir:

“Bu isə bizə inflyasiyasının idxalı deməkdir. Lakin dəqiq artım və ya azalma proqnozu verə bilmirik, çünki bizə tərəfdaş ölkələrin çoxu neft idxal edən ölkələrdir. Bu isə faktiki məzənnələrin ucuzlaşması deməkdir. Bir tərəfdən məzənnə ucuzlaşır, digər tərəfdən isə inflyasiya artır. Buna görə dəqiq proqnoz verə bilmirik. Prosesləri yaxından izləyirik”.

Избранный
19
2
teleqraf.com

3Источники