RU

ABŞ-nin enerji naziri: Neft qiymətləri bir neçə həftə ərzində pik həddə çata bilər

Bakı, 14 aprel, AZƏRTAC

Hörmüz boğazından tankerlərin keçidinin dayanması səbəbindən neft qiymətləri yaxın bir neçə həftə ərzində pik həddə çata bilər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt deyib.

O, İranla davam edən gərginliyin onillərdir enerji təchizatı üçün risk yaratdığını qeyd edib.

“Hörmüz boğazından tankerlərin trafiki bərpa olunana qədər enerji qiymətləri yüksək qalacaq və hətta artacaq. Neft qiymətləri, ehtimal ki, yaxın bir neçə həftə ərzində pik həddə çatacaq. Qiymətlərin azalması müharibənin bitməsindən asılıdır. Yay aylarına qədər qiymətlərin enməsini gözləmək çox iddialı olar”, - deyə nazir vurğulayıb.

Избранный
6
1
azertag.az

2Источники