RU

Rubinyan: Türkiyədən xoş xəbər almışıq

BAKI, 14 aprel. TELEQRAF

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində artıq bir sıra addımlar atılıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi və parlamentin vitse-spikeri Ruben Rubinyan deyib.

O xatırladıb ki, İrəvanla İstanbul arasında bir neçə ildir dayandırılmış uçuşlar yenidən açılıb. Birbaşa hava nəqliyyatının təmin edilməsi, eləcə də sərhəddəki körpünün bərpası barədə razılıq əldə edilib, sonuncu sənədləşmə prosesindədir.

“Ən böyük razılaşma sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaqdır, biz bu məsələdə öz töhfəmizi vermişik, nəzarət-buraxılış məntəqəsinin bərpasını nəzərdə tuturuq. Xoş xəbər odur ki, Türkiyə tərəfi nəhayət ki, bu il nəzarət-buraxılış məntəqəsinin bərpası üzərində işə başlayıb, razılaşmanın həyata keçirilməsini gözləyirik və bu baxımdan məsələ bizim tərəfimizdə deyil”, - xüsusi nümayəndə bildirib.

Antalya Diplomatiya Forumunda iştirak üçün Türkiyəyə səfər edib-etməyəcəyi soruşulduqda Rubinyan qeyd edib ki, səfər etməyəcək, amma Ermənistan tərəfindən nümayəndə heyəti qatılacaq.

Избранный
8
2
teleqraf.com

3Источники