RU

Pakistanda 16 nəfər terror şübhəlisi saxlanılıb

Pakistan təhlükəsizlik qüvvələri terror hücumlarında iştirak edən 16 şübhəlini saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Express Tribune" qəzeti Cənubi Asiya İslam Respublikasının Terrorizmlə Mübarizə İdarəsinə (CTD) istinadən məlumat yayıb.

Qadağan olunmuş "Fitnə əl-Xəvaric" qruplaşması ilə əlaqəli ekstremistlər Pəncab əyalətinin beş şəhərində keçirilən əməliyyatlar zamanı yaxalanıblar.

Saxlanılanlardan partlayıcı maddələr, detonatorlar, qadağan olunmuş ədəbiyyat və nağd pul müsadirə edilib.

Əvvəllər xəbər verildiyi kimi, Pakistan təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbindəki Xayber Paxtunxva əyalətində antiterror əməliyyatları zamanı 13 yaraqlını öldürüb.

Избранный
7
ucnoqta.az

1Источники