RU

Xaçmazda Zərifə Əliyevanın xatirəsi yad edilib (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda Azərbaycanda oftalmologiya elminin inkişafındamüstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yadedilib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları,rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, eləcə də akademikZərifə Əliyevanın adını daşıyan Xaçmaz şəhər 8 nömrəli tam ortaməktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xaçmaz şəhər 8 nömrəli tam orta məktəbdəgörkəmli oftalmoloq-alimin abidəsini ziyarət edib, önünə güldəstələri qoyublar.

Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləntədbirdə Ümummilli Lider Heydər Əliyevin və akademik ZərifəƏliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Zərifə xanımın zəngin elmi irsindən,oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan vəqazandığı nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, akademik Zərifə Əliyevanın pak və nəcib insankimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alimvə həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklikməktəbidir. Zərifə Əliyevanın məşhur alim, istedadlı insan olmaqlayanaşı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət,Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətlidostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğuvurğulanıb.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilədavam edib.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Избранный
32
az.trend.az

1Источники