RU

Simonyandan SENSASİON AÇIQLAMA: “Rusiya ilə savaşmaq…”

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin Rusiya ilə hər hansı bir hərbi qarşıdurmaya girmək niyyətində olmadığını bəyan edib. O, iki ölkə arasında mövcud olan bütün problemlərin müzakirə yolu ilə həll ediləcəyinə ümid etdiyini bildirib. Simonyan vurğulayıb ki, Ermənistan Rusiya ilə “dalaşmaq” niyyətində deyil və tərəflər sual doğuran məqamları səsləndirərək, onları həll etmək şərtilə irəliyə doğru hərəkət etməyə çalışacaqlar.

NOCOMMENT.az xəbər verir ki, parlament sədri Ermənistanın Rusiya üçün heç bir təhlükə yaratmadığını və gələcəkdə də belə bir niyyətinin olmadığını xüsusi qeyd edib. Simonyanın bu açıqlamaları son dövrlər İrəvan və Moskva arasında gərginləşən münasibətlər fonunda rəsmi Ermənistanın geri çəkilmə və ya münasibətləri yumşaltma cəhdi kimi qiymətləndirilir. Spiker bütün məsələlərin masa arxasında həll olunmasının tərəfdarı olduqlarını bir daha diqqətə çatdırıb.

Sara,
NOCOMMENT.az

Избранный
39
nocomment.az

1Источники