RU

İlham Əliyev Esvatininin səfirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

Publika.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Esvatininin Kralı Əlahəzrət III Msvatinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Esvatini Kralına çatdırmağı xahiş etdi.

Избранный
16
22
publika.az

10Источники