RU

Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb biri ağır stabil qalır

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verən dəm qazı hadisəsi ilə bağlı xəstələrin son vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, TƏBİB-dən bildirilib ki, zəhərlənən uşaqlardan daha ikisi ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Qeyd olunub ki, Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən bir nəfərin vəziyyəti ağır stabil olaraq qalır.

Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Hadisə nəticəsində aprelin 3-də 2 yaşlı uşağın həyatını itirdiyi bildirilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
baku.ws

2Источники