RU

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti yayıb.

Milli komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər.

Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərinə qatılacaqlar.

Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Избранный
4
8
fanat.az

10Источники