Çin Prezidenti Si Cinpin Yaxın Şərqdə sülh və sabitliyin qorunması, gücləndirilməsi üçün dörd təklif irəli sürüb.
Azreform.info “Sinxua”ya istinadən xəbər verir ki, Çin lideri dinc yanaşı yaşama prinsipinə riayət etməyin və Körfəz ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasına, eləcə də regionda davamlı təhlükəsizlik arxitekturasının formalaşdırılmasına kömək etməyin vacibliyini vurğulayıb.
O, həmçinin regional dövlətlərin milli suverenliyinə, ərazi bütövlüyünə, təhlükəsizliyinə hörmətin; beynəlxalq hüquqa riayət etməyin, inkişaf və təhlükəsizlik sahəsində koordinasiya prinsipinə riayət etməyin vacibliyini qeyd edib.
Pekin eyni zamanda müharibənin bitməsi üçün tərəflər arasında danışıqları davam etdirməyə çağırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun isə ABŞ və İranın atəşkəsə hörmət edəcəyinə və müharibənin həlli üçün danışıqları davam etdirəcəyinə ümid etdiyini bildirib. Çin tərəfləri fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.
Mürtəza