RU

Çin ABŞ-ın Asiya-Sakit Okean regionundakı siyasətindən narahatdır

Çin ABŞ-ın Asiya-Sakit Okean regionundakı siyasətindən narahatdır

Çin və regionun digər ölkələri ABŞ-ın Asiya-Sakit Okean (ASOR) regionundakı strategiyasından ciddi narahatlıq keçirirlər.

AFN.az xəbər verir ki, bunu Çin XİN-in rəsmi nümayəndəsi Qo Szyakun bildirib. Onun sözlərinə görə, bu siyasət silahlı münaqişə riskini artırır. Szyakun ABŞ-ın Filippində yeni hərbi yanacaq anbarı tikmək planlarını şərh edərkən qeyd edib ki, ayrı-ayrı ölkələrin hərbi bazalar yaratması və silah arsenalını artırması region dövlətlərində böyük ehtiyatlılıq yaradıb.

Diplomat vurğulayıb ki, ASOR-da sabitlik və inkişaf böyük zəhmət hesabına əldə edilib və heç kimə onu pozmağa icazə verilməyəcək. O, region ölkələrini kənar qüvvələri cəlb etməkdən çəkinməyə çağıraraq, bunun fəlakətli nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.

Pekin Vaşinqton və Manilanı sülh naminə daha çox səy göstərməyə çağırıb. Çin rəsmisi əlavə edib ki, regional təhlükəsizlik yalnız qarşılıqlı etimad və dialoq yolu ilə təmin edilə bilər, hərbi blokların genişləndirilməsi isə yalnız gərginliyi stimullaşdırır.

Избранный
16
afn.az

1Источники