RU

"Rhenus Logistics": Almaniya biznesi Orta Dəhlizin inkişafında iştirak edəcək

Gələcəkdə Almaniya biznesinin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafında iştirakı əsasən Avropa İttifaqının (Aİ) təşəbbüsləri vasitəsilə həyata keçiriləcək.

Bu barədə "Far.Az"un sualına cavab olaraq "Rhenus Logistics" şirkətinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Aleksandra Oqneva "Orta Dəhliz: Azərbaycan və Qazaxıstanda biznes imkanları" vebinarında bildirib.

Onun sözlərinə görə, Almaniyada bu ölkənin şirkətlərinə Orta Dəhlizin inkişafına yönəlmiş layihələrdə birbaşa iştirak etməyə imkan verəcək vahid dövlət-özəl tərəfdaşlığı modeli mövcud deyil:

"Biznesin cəlb edilməsi əsasən "Global Gateway" strategiyası kimi ümumavropa təşəbbüsləri vasitəsilə baş tutacaq. Bu, dövlət vəsaitlərinin özəl kapitalla birləşdirilməsinə və layihələrin investisiya cəlbediciliyinin təmin edilməsinə yönəlib".

O əlavə edib ki, federal hökumətin alətləri Almaniya şirkətləri üçün əlçatandır: tədarük və xidmətlərin göstərilməsi zamanı risklərin hedcinqi üçün ixrac zəmanətləri, inkişaf etməkdə olan ölkələrdə siyasi risklərdən qorunmaq üçün Federasiyanın investisiya zəmanətləri, həmçinin KfW bankı və onun törəmə strukturları vasitəsilə maliyyələşmə.

A.Oqneva vurğulayıb ki, "Rhenus Logistics" Orta Dəhliz boyunca həyata keçirilmək üçün təxminən 8 layihə müəyyən edib: "Biz İstanbul və Çin arasındakı bütün marşrut boyu - kiçik depolardan tutmuş iri terminallara qədər 8-dək layihə müəyyənləşdirmişik. Orta Dəhlizə strateji istiqamət kimi baxırıq. Regiondaxili daşımalar daxil olmaqla, artan tələbat müşahidə olunur. Məsələn, söhbət Azərbaycan və Qazaxıstan və ya Qazaxıstan və Gürcüstan arasındakı danışamalardan gedir. Bu marşrutun böyük gələcəyinin olduğuna inanırıq.

O əlavə edib ki, Almaniya logistika şirkətləri Mərkəzi Asiya regionunda fəaliyyətə maraq göstərirlər, lakin Çindən olan investorlar bu regionda daha geniş miqyasda fəaliyyət göstərirlər:

"Sian, Urumçi və Lyanyunqan kimi şəhərlər logistika sahəsində son dərəcə təşəbbüskardırlar. Lyanyunqan limanının artıq iki investisiya layihəsi var: birinci, Çin-Qazaxıstan sərhədində, ikincisi isə Aktau limanında (Qazaxıstan) konteyner habı. Almaniya biznesindən fərqli olaraq, Çin tərəfi fəal şəkildə məhz infrastruktura sərmayə qoyur. Çin şirkətlərinin hətta dəmir yolu xətlərini belə tikməyə imkan verən dövlət sifarişləri və büdcələri olduğu halda, bizim hələ ki buna imkanımız çatmır".

Избранный
16
far.az

1Источники