RU

Azərbaycanda heyvandarlıqkəskin AZALIR!

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərov Ajans.az-a açıqlama verib.  O bildirib ki, çox kiçik aylıq quzuların, heyvanların kəsilməsinin qarşısı alınmalıdır ki, onlar daha çox böyüsün və daha çox ət versinlər.  Amma Azərbaycanın da öz ənənələri var, ağız dadı var. Bütün bu məsələlərlə bağlı birmənalı qərar vermək çətindir. Yəni, bu, kampaniya şəklində olacaqsa, ciddi nəticə verməyəcək. “Yəni, xalqın özünün qoşulmasına ehtiyac var buna. Bunun üçün başqa komponentlərə ehtiyac var, bu bir. İkincisi də, bizdə iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayı artmalıdır.”-deyə, ekspert qeyd edib.  Qoyun çoxalmalıdır, bizdə isə azalır. Problem erkən kəsimdə deyil. Bizdə problem sayın azalmasındadır. Son 5 ildə 280 minə yaxın iribuynuzlu, 1,7 milyona yaxın isə qoyun və keçinin sayı azalıb. Problem budur. Ətin qiymətinin də artması və digər məsələlərdə də əsas problem budur.

Natiq Cəfərov açıqlayıb ki, bu erkən kəsilmə — 6-7 aylıq, 8 aylıq quzunun kəsilməsi ola bilər ki, müəyyən problemlər yaradır, amma problemin kökü o deyil.

Избранный
9
Ajans.az

1Источники