RU

Roberto Mançini 15-ci çempionluğunu rəsmiləşdirdi

Məşhur italiyalı mütəxəssis Roberto Mançininin rəhbərlik etdiyi "Əl-Sədd" tarixində 19-cu dəfə Qətər çempionu olub.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv sona 1 tur qalmış istəyinə çatıb.

21 tura 42 xal toplayan "Əl-Sədd" hazırda 2-ci sıradakı "Əl-Şamal"dan 5 xal öndədir. Bu, Mançininin 15-ci çempionluğudur. O, ardıcıl 3 mövsümdür ki, ölkə birinciliyinin qalibi adını qazanan komandanın "sükanı arxası"na ötən ilin noyabrında keçib.

Toğrul

Избранный
18
2
fanat.az

3Источники