PSJ mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı gözlənilən Bernardo Silva ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduzun "şəhərlilər"lə müqaviləsi yayda başa çatır. Pep Qvardiola Silvanın komandada qalmasını istəsə də, futbolçu hələ son qərarını verməyib.
Hazırda "Barselona", "Yuventus" və "Benfika"nın da hədəfində olan 30 yaşlı yarımmüdafiəçinin azad agent statusu ilə transfer edilməsi Avropa nəhəngləri üçün cəlbedici fürsət hesab olunur.
Cari mövsümün sonunda onun MS-dəki 9 illik karyerasının yekunlaşmaq ehtimalı olduqca yüksəkdir.