Aprelin 18-də Nizami Kino Mərkəzində autizm sahəsində bilik, təcrübə və fərqli yanaşmaları bir araya gətirən “Autizm Araşdırmalar və İnkişaf Forum II – 2026” adlı forum keçiriləcək.
Forumda Türkiyədən dəvət olunmuş, autizm sahəsində ən zəngin təcrübəyə malik mütəxəssislər bu sahədə öz peşəkar təcrübələrini və bu sahənin inkişafı üçün görülən işləri bölüşəcəklər, geniş fikir mübadiləsi aparılacaq.
Forumun keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini autizm probleminə yönəltmək və bu sahədə fəaliyyət göstərən qurumların işini geniş auditoriyaya təqdim etməkdir.
Qeyd edək ki, keçiriləcək bu forum fərqli baxışları bir araya gətirən, düşüncə və yanaşmanı inkişaf etdirən amillər real nəticələrə yönələn platformadır.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта


