RU

“Qəbələ”nin futbolçusu milliyə çağırıldı

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

Msport.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Əli Bəşirov zədə səbəbindən heyətdən çıxarılıb.

Onun əvəzinə komandaya “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

Избранный
14
msport.az

1Источники