RU

Lebron Ceyms 70 ci dəfə hamını qabaqladı

Fanat saytına istinadən ain.az xəbər verir.

Los-Anceles Leykers"in ulduz basketbolçusu Lebron Ceyms karyerasında 70-ci dəfə Milli Basketbol Assosiasiyasında (NBA) həftənin ən yaxşı oyunçusu olub.

Fanat.Az xəbər verir ki, məlumatı NBA-nın mətbuat xidməti yayıb.

41 yaşlı Ceymsin komandası son həftədə 5 oyuna çıxıb və bunların üçündə qələbə qazanıb.

Lebron ortalama 24 xal, 9,7 məhsuldar ötürmə və 6 ribaundla diqqət çəkib.

Xatırladaq ki, sözügedən basketbolçu 2018-ci ildən "Los-Anceles Leykers"in şərəfini qoruyur.

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
fanat.az

2Источники