RU

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olacaq

UEFA Çempionlar Liqasında bu gün yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olacaq.

Buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gələcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"nı qəbul edəcək. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ (Fransa) ilə üz-üzə gələcək. Parisdəki ilk oyunda Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 14 aprel

23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) İlk oyun - 2:0

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) İlk oyun - 0:2

Qeyd edək ki, 1/4 final mərhələsinə sabah keçiriləcək digər iki oyunla yekun vurulacaq.

Избранный
17
13
afn.az

10Источники