RU

Apple dan qərar: Bu telefon modelləri tarixə QOVUŞUR

ain.az, Milli.az portalına istinadən məlumat verir.

"Apple"ın ən çox gözlənilən proqram yeniləmələrindən biri olan iOS 27 üçün geri sayım başlayıb. İyun ayında təqdim olunması gözlənilən bu versiya ilə yanaşı, bəzi köhnə "iPhone" modellərinin dəstək siyahısından çıxacağı artıq dəqiqləşir.

Milli.Az xəbər verir ki, məlumatlara görə, xüsusilə 2019-2020-ci illərdə təqdim edilən bəzi cihazlar yeni yeniləməni almayacaq. Bu isə həmin modellər üçün proqram təminatı dəstəyinin sonu deməkdir.

iOS 27 yeniləməsini almayacaq modellər:

iPhone SE (2nd generation)

iPhone 11

iPhone 11 Pro

iPhone 11 Pro Max

Bu modellər uzun illər ərzində stabil yeniləmələr alsa da, artıq texniki imkanlar yeni nəsil xüsusiyyətlər üçün kifayət etmir. Xüsusilə A13 Bionic prosessorunun güc limitinə çatması, RAM məhdudiyyətləri və süni intellekt əsaslı yeni funksiyaların artması bu qərarın əsas səbəbləri kimi göstərilir.

Qeyd edək ki, Apple daha əvvəl də iPhone XR və iPhone XS modelləri üçün yeniləmə dəstəyini dayandırmışdı.

Fidan

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
4
news.milli.az

5Источники