RU

İsraildə 36 ildən sonra ilk yaşanır – Dünya ŞOKDA

ABŞ Dövlət katibi Marko Rubio İsrail və Livan arasında ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək danışıqlarda iştirak edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios nəşri Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonda keçiriləcək danışıqların əsas məqsədi İsrail ilə Hizbullah arasında davam edən qarşıdurma fonunda gərginliyi azaltmaqdır.

Bildirilir ki, tərəflər arasında bu formatda birbaşa təmaslar 1990-cı illərdən bəri ilk dəfə baş tutur.
Nəşr yazır ki, görüşün gündəliyində üç əsas məsələ yer alır. Bunlar atəşkəs və hərbi əməliyyatların deeskalasiyası,

“Hizbullah”ın uzunmüddətli perspektivdə silahsızlaşdırılması, eləcə də İsrail-Livan arasında daha geniş sülh sazişinin mümkünlüyüdür.
Danışıqlarda ABŞ-ın Livandakı səfiri Mişel İssa, Dövlət Departamentinin müşaviri Maykl Nidhem, İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter və Livanın ABŞ-dakı səfiri Nada Həmadə Muavadın iştirak edəcəyi gözlənilir.

ABŞ Dövlət Departamenti bildirir ki, bu danışıqlar “Hizbullah”ın fəaliyyətinin artması və buna cavab olaraq İsrailin hərbi əməliyyatlarının genişlənməsi nəticəsində gündəmə gəlib. Qurumdan qeyd olunub ki, İsrail Livan dövləti ilə deyil, məhz “Hizbullah”la mübarizə aparır və bu səbəbdən iki qonşu ölkə arasında dialoqa maneə yoxdur.

Bu arada “Hizbullah”ın lideri Naim Qassem danışıqları rədd etdiyini açıqlayıb və onları “faydasız” adlandırıb.

Donald Trampın da prosesdə rolu diqqət çəkir. Mənbələrin bildirdiyinə görə, məhz onun təzyiqi nəticəsində İsrailin baş naziri Benyamin Netanyahu birbaşa danışıqlara razılıq verib.

Избранный
1
3
nocomment.az

4Источники