RU

Həcc ziyarəti ilə bağlı mühüm qərar: İcazəsiz Məkkəyə giriş qadağan ediləcək

 Ümrə ziyarətində olanlar aprelin 18-dək Səudiyyə Ərəbistanını tərk etməlidirlər
Səudiyyə Ərəbistanı növbəti Həcc mərasimi ilə bağlı  təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.

Ölkə.az xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi zəvvarların təhlükəsizliyini təmin etmək üçün zəruri tədbrilər həyata keçirməkdədir. Nazirliyin açıqlamasında deyilir ki, artıq bu gündən etibarən Məkkəyə daxil olmaq istəyən sakinlər müvafiq orqanlardan rəsmi icazə almalıdırlar. Əks təqdirdə icazəsi olmayan şəxslərin Məkkəyə girməsinə icazə verilməyəcək. Lakin Məkkə tərəfindən verilən yaşayış icazəsinə sahib olanlar, Həcc icazəsi olanlar və müqəddəs yerlərdə iş icazəsi olanlar bu qaydadan azad olacaqlar.

Bundan əlavə olaraq  Ümrə ziyarətində olan zəvvarlar  isə 18 aprelədək ölkəni tərk etməlidirlər.
"Nusuk" platforması vasitəsilə Ümrə icazələrinin verilməsi də 31 mayadək dayandırılıb.
Pasportlar Baş İdarəsi Həcc mövsümündə işləyən əcnəbilər üçün Məkkəyə giriş icazəsi üçün müraciətlərin elektron qaydada qəbul ediləcəyini açıqlayib.

Qeyd edək ki, 2025-ci ildə  Həcc ziyarətində 1.673.230 zəvvar olub. Onların 10%-i ölkə daxilindən olub.

Mürtəza

Избранный
12
1
olke.az

2Источники