RU

Buşehr AES ətrafında gərginlik artır - İrandan region üçün ciddi XƏBƏRDARLIQ

İran Buşehr Atom Elektrik Stansiyasına mümkün zərbə endirilməsi halında regionda ciddi ekoloji və təhlükəsizlik risklərinin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.

O qeyd edib ki, Fars körfəzi bölgəsi belə bir hücum nəticəsində ciddi zərər görə bilər və bu məsələ artıq İran tərəfindən MAQATE də daxil olmaqla beynəlxalq təşkilatların gündəminə çıxarılıb.

Aprelin 4-də İranın Atom Enerjisi Təşkilatı Buşehr Atom Elektrik Stansiyasına ABŞ və İsrail tərəfindən hücum edildiyini və nəticədə bir işçinin həlak olduğunu açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi bu hücumu pisləyib.

Həmçinin Rosatom işçilərinin stansiyadan təxliyə edildiyi bildirilib.

Aminə ŞAHSUVARQIZI

Избранный
11
1
redaktor.az

2Источники