RU

Məcnun Məmmədovun Zəngilandakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib » AzadMedia.az


Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun aprelin 17-də, saat 09:00-da Zəngilan rayonunun Ağalı kəndində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul aprelin 24-də olacaq.

Nazir əvvəlcədən elan olunduğu kimi, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbulda iştirak etmək istəyənlər Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-337-26-22/050-216-43-43) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Избранный
6
5
azadmedia.az

10Источники