İsraildən olan mütəxəssislərin verdiyi məlumata görə, bu dronlar kiberhücumlardan qorunan, aşkarlanması və ələ keçirilməsi çətin olan inkişaf etmiş hava silahı hesab olunur. İddia edilir ki, dron binaların içərisində manevr edə, 5 kiloqram partlayıcı maddə daşıya və onlarla kilometr məsafəyə uça bilər. Bu xüsusiyyətlər onları digərlərindən fərqləndirir.
Saytın hesabatında Hizbullah tərəfindən yayımlanan görüntülərdə intiharçı dronların havada yüksək sürətlə manevr etdiyi və zirehli maşınlarla və hətta əsgərlərlə toqquşduğunu göstərən məlumatlar yer alıb və bunların müşahidə və kəşfiyyat dronlarından fərqli olduğu qeyd edilib.
Bildirilir ki, bu tip dronlar yüksək manevrli PUA-lardır və pilot cihazdakı kameradan canlı görüntünü eynək vasitəsilə izləyə bilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31