Xəzər dənizində növbəti yeraltı təkanlar qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələ yerli vaxtla saat 10:21-də baş verib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 25 kilometr olub.
10:17
Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 09:53-də qeydə alınan zəlzələnin maqnitudası 3,8 olub.
Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib.