RU

PSJ ulduz futbolçu üçün 115 milyonundan keçə bilər

BAKI, 14 aprel. TELEQRAF

Fransa təmsilçisi PSJ İngiltərənin “Aston Villa” klubunun futbolçusu Morgan Rogersi heyətinə qatmağa hazırlaşır.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu 23 yaşlı hücumçu üçün yaxın vaxtlarda hərəkətə keçəcək.

Transfermarkt futbolçunun bazar dəyərini təxminən 80 milyon avro olaraq qiymətləndirir. Lakin Premyer Liqa klubu Rogersin transferi üçün 115 milyon avro civarında məbləğ tələb edir.

PSJ-nin əsas rəqibləri arasında “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” də yer alır.

Qeyd edək ki, 23 yaşlı ingilis futbolçu bu mövsüm Premyer Liqada 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Rogersin “Aston Villa” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir.

Избранный
15
teleqraf.com

1Источники