Aprelin 11-də Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib. Enerji tranzitinin həcmi isə 15 vaqon (887 ton) dizel yanacağı təşkil edib.
Xatırladaq ki, ötən il dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil benzini göndərib. 9 yanvar 2026-cı ildə Ermənistana, ümumilikdə, 2 min 698 ton yük (48 vaqon), o cümlədən 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel yanacağı yola salınıb. Yanvarın 11-də isə bu ölkəyə 979 ton Aİ-92 markalı avtomobil benzini ilə yüklənmiş 18 vaqondan ibarət qatar göndərilib.
Fevralın 25-də isə Azərbaycandan Ermənistana 4,5 min ton, martın 5-də 1 984 ton dizel yanacağı aparan 31 vaqon və 135 ton Rusiya gübrəsi yüklənmiş 2 vaqon, martın 9-da 7 vaqon Rusiya taxılı, martın 11-də isə 11 vaqon taxıl göndərilib.
XQ