RU

508 nömrəli avtobusda nasazlıq: Sərnişinlər yolda düşürüldülər

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Saray qəsəbəsi - "20 Yanvar" metro stansiyası marşrutu üzrə hərəkət edən 508 nömrəli avtobusda problem yaşanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a sərnişinlər məlumat veriblər.

Avtobusun hərəkət zamanı nasazlıq səbəbindən dayandığı, sərnişinlərin isə nəqliyyat vasitəsindən düşürüldükləri bildirilib.

"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva nəzərə çatdırıb ki, ötən gün saat 07:43-də "BakuBus" MMC-nin istismarında olan 508 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində qısa müddətli texniki nasazlıq qeydə alınıb.

Açıqlamada qeyd olunub ki, Bakı-Sumqayıt yolu istiqamətində hərəkətdə olan avtobusun sürücüsü dərhal "BakuBus" MMC-nin Monitorinq Mərkəzinə xəbər verib:

"Mərkəzdən ötürülən müvafiq təlimatlara əsasən nasazlıq operativ şəkildə aradan qaldırılıb. Nəticədə avtobus saat 07:50-də marşrut üzrə hərəkətini davam etdirib.

Baş vermiş halın sərnişinlər üçün yaratdığı müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
1
avtosfer.az

2Источники