RU

Fazil Mustafa: “Türkiyəni hədəf seçmək kiminsə öz ölümünə imza atması kimi bir şeydir”

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Fazil Mustafa ABŞ-İran arasında artan gərginlik fonunda növbəti hədəfin Türkiyə olacağı barədə proqnozlara münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Türkiyəni hədəf seçmək kiminsə öz ölümünə imza atması kimi bir şeydir.

 

F.Mustafa bildirib ki, Türkiyə proqnozlaşdırılmayan bir ölkədir: “Türkiyə elə-belə, asan loxma deyil ki, ona qarşı hər kəs hansısa şəkildə ən azından hərbi mənada bir addım atmağı düşünsün. Atatürk xislətində elə bir şəxsiyyət çıxar ki, adamları evlərinin içində yaşamağa peşman edər. Buna görə də güman etmirəm ki, kimsə Türkiyəni hədəfə çevirsin. Belə halda Azərbaycanın Türkiyəyə qarşı yönəlik hər hansı təhdidə münasibəti soruşulmamalıdır, çünki biz Türkiyəsiz varlığımızı təsəvvür etmirik. Türkiyə ilə həmişə birlikdəyik. Eyni zamanda dostlarımızın da belə bir yanlışa düşməsinə imkan verməməyə çalışmalıyıq. Çünki bu, ölümcül bir xəta kimi dəyərləndirilə bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 14 Aprel 2026, 10:53   
Избранный
2
1
pravda.az

2Источники