RU

Tottenhem in müdafiəçisi üçün mövsüm erkən bitdi

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Tottenhem"in müdafiəçisi Kristian Romero "Sanderlend"ə (0:1) oyunda aldığı diz zədəsi səbəbindən 2025/26 mövsümünün qalan hissəsini buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, ilkin müayinələr 27 yaşlı argentinalının diz bağlarında zədə aşkar edib. Yaxın günlərdə əlavə müayinələr aparılacağı bildirilir.

Müdafiəçi beş-səkkiz həftə müddətinə meydanlardan kənarda qala bilər. Bu barədə London klubu yaxın günlərdə daha dəqiq informasiya yayacaq. 

Qeyd edək ki, Romero cari mövsümdə 32 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
sport24.az

1Источники