Pezeşkian Papaya təşəkkür etdi, Meloni isə Trampın bəyanatını qəbuledilməz hesab etdi
Papa XIV Leo ABŞ-ın Venesuela və İrana qarşı müharibəni tənqid etməsi Trampın qəzəbinə tuş gəlib və Papanın ünvanına sərt ifadələr səsləndirməsi beynəlxalq miqyasda ciddi rezonansa səbəb olub.
İran Papaya təşəkkür edib, İtaliya isə Trampın Papaya qarşı hücumunu qəbuledilməz sayıb.
Ölkə.az xəbər verir ki, İran prezidenti Trampın hücumlarından sonra Papanı dəstəklədiyini bildirib.
Pezeşkian sosial media hesabında yazıb ki, "Müqəddəs Papa XIV Leo, İranın böyük xalqı adından sizə ünvanlanmış təhqiri pisləyirəm. İsanın təhqir edilməsi istənilən azad insan üçün qəbuledilməzdir".
Trampın Papanı sərt tənqid etməsi Vatikanın qonşusu italiyanın həm hakim, həm də müxalifət partiyaları, eləcə də İtaliya Katolik Kilsəsi daxilində kəskin reaksiyalara səbəb olub.
İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ Prezidenti Donald Trampın Papa Leoya qarşı hücumlarının qəbuledilməz olduğunu bildirib .
"Prezident Trampın Müqəddəs Ata haqqında dediklərini qəbuledilməz hesab edirəm. Papa Katolik Kilsəsinin rəhbəridir və onun sülhə çağırması və bütün müharibə formalarını pisləməsi təbiidir", - baş nazir Meloni bildirib.
Bu reaksiyalardan sonra Tramp Papadan üzr istəməyəcəyini bildirib. "Üzr istəməli bir şey yoxdur. O, səhv edir. Mən üzr istəməyəcəyəm. Papa Leo səhv şeylər deyib. Düşünürəm ki, Papa Leo cinayətkarlığa qarşı mübarizədə çox zəifdir", - deyə o qeyd edib.
Tramp əlavə edib ki, "biz qanun və qaydaya inanırıq və Papa Leonun bununla bağlı problemləri var".
İsa Məsih kimi təsvir olunduğu şəklin dərc olunması ilə bağlı şərh verən Tramp deyib: "Bəli, mən onu dərc etdim, düşündüm ki, orada həkim rolunda mən olmuşam".