RU

Orban getdi: Avropada Rusiyaya yaxın cəbhədə yalnız 3 lider qaldı

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi Avropanın siyasi xəritəsində ciddi dəyişikliklərə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, son seçkilərdən sonra Viktor Orbanın hakimiyyətdən getməsi Rusiyaya yaxın siyasət yürüdən liderlərin sayını minimuma endirib.

Uzun illər Macarıstanda hakimiyyətdə olan Orban Avropa İttifaqı daxilində Moskva ilə ən yaxın münasibətləri qoruyan liderlərdən biri hesab olunurdu. Onun məğlubiyyəti ilə bu xətt ciddi zərbə alıb.

Hazırda Avropada Rusiyaya yaxın mövqeyi ilə seçilən əsas liderlər bunlardır:

Aleksandar Vuçiç – Serbiya rəhbəri balans siyasəti aparsa da, Rusiyaya qarşı sanksiyalara qoşulmur və əlaqələri qoruyur.

Robert Fiko – Slovakiyada hakimiyyətə qayıtdıqdan sonra Ukraynaya hərbi dəstəyi dayandırıb və daha ehtiyatlı kurs götürüb. Rusmeyilli siyasətçidir.

Aleksandar Lukaşenko – Belarus lideri Rusiyanın ən yaxın müttəfiqi olaraq qalır və Kreml siyasətini açıq şəkildə dəstəkləyir.

Siyasi müşahidəçilərə görə, Orbanın gedişi Avropada Rusiyaya simpatiya göstərən siyasi blokun zəifləməsi deməkdir. Bu dəyişiklik Ukraynaya dəstəyin artmasına, Avropa İttifaqında daha vahid mövqenin formalaşmasına və Rusiyaya qarşı təzyiqlərin güclənməsinə səbəb ola bilər. Beləliklə, Avropada Rusiyaya yaxın siyasət yürüdən liderlərin sayı artıq üç nəfərə enib və diqqət əsasən Aleksandar Vuçiç, Robert Fiko və Aleksandr Lukaşenko üzərində cəmlənir.

Qeyd edək ki, siyasi mənzərə yaxın dövrdə daha da dəyişə bilər. Beləki bu il Serbiyada seçkilər keçiriləcək və Aleksandar Vuçiç namizəd olmayacağını açıqlayıb. Gələn il isə Slovakiyada seçkilər planlaşdırılır və Robert Fikonun da namizəd olmayacağı müxalifət tərəfindən qeyd olunur.

Nərmin
NOCOMMENT.az

Избранный
20
nocomment.az

1Источники