RU

USNI News: ABŞ aviadaşıyıcısı husilərin zərbəsindən yayınmaq üçün Afrikanı dövrə vurur

ABŞ-ın “Corc Buş” (George H.W. Bush) aviadaşıyıcısı Ərəbistan dənizinə gedən yolda Qırmızı dəniz və Babülməndəb boğazından yan keçərək Afrika qitəsini dövrə vurur.

Ölkə.Az xəbər verir ki, bu barədə "USNI News" məlumat yayıb.

Aviadaşıyıcı zərbə qrupu, Hörmüz boğazını blokadaya almaq tapşırığı daşıyan və bölgədə genişlənən ABŞ hərbi-dəniz qüvvələrinə qoşulmaq üçün Yaxın Şərqə doğru hərəkət edərkən Namibiya sahillərində görüntülənib.

ABŞ Müdafiə Nazirliyinin iki nümayəndəsi "USNI News"a bildirib ki, aviadaşıyıcı qrupu Aralıq dənizi və Süveyş kanalı vasitəsilə vərdiş edilmiş marşrutu deyil, Afrika ətrafından keçən daha uzun yolu seçib.

Bu marşrut Qırmızı dəniz və Babülməndəb boğazından yan keçir. Xatırladaq ki, sözügedən su yolları 2024 və 2025-ci illərdə Yəmən husiləri tərəfindən ABŞ gəmilərinə və kommersiya gəmilərinə qarşı pilotsuz uçuş aparatları və raketlərlə dəfələrlə hücuma məruz qalıb.

Избранный
33
1
olke.az

2Источники