RU

FETÖ əməliyyatı:17 nəfər saxlanıldı

Türkiyənin İstanbul Emniyet Müdürlüğü əməkdaşları tərəfindən FETÖ-yə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Redaktor.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, İstanbul mərkəzli olmaqla 12 vilayətdə təşkil edilən əməliyyat zamanı 17 şübhəli saxlanılıb. Onlardan 15-nin dövlət xəstəxanalarında aktiv həkim kimi fəaliyyət göstərdiyi bildirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, şübhəlilər FETÖ tərəfindən “dərs hazırlığı” adı altında təşkil edilən və Tibbdə Uzmanlık İmtahanı (TUS) üçün nəzərdə tutulan düşərgələrdə iştirak ediblər.

İstintaq çərçivəsində onların adlarının təşkilatın şifrəli mesajlaşma proqramı "ByLock" üzərindən aparılan yazışmalarda keçdiyi müəyyən olunub. Bundan əlavə, Bank Asya hesablarında şübhəli hərəkətlər və təşkilatın gizli əlaqə üsullarından biri hesab olunan ardıcıl zənglər də qeydə alınıb.

Toplanan sübutlar əsasında hüquq-mühafizə orqanları İstanbul, Ankara, Bingöl, Bursa, Çorum, İzmir, Kayseri, Konya, Kütahya, Muğla, Ordu və Rize vilayətlərində eyni vaxtda əməliyyat keçirərək şübhəliləri saxlayıb.

Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

NURİYYƏ

Избранный
22
redaktor.az

1Источники