RU

Macarıstanın yeni rəhbərliyi Brüsseldən 35 milyardı bu şərtlə ala biləcək

Avropa İttifaqı ölkələri Macarıstan parlament seçkilərində qalib gələn müxalifət Tisza partiyasının lideri Peter Magyardan təxminən 35 milyard avroluq Aİ maliyyələşdirməsinə çıxış əldə etmək üçün 27 şərtdən ibarət şərtləri yerinə yetirməsini gözləyirlər.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times (FT) qəzeti Avropa diplomatlarına istinadən yayıb. Bildirilir ki,  Magyar Macarıstanın Brüssellə ilə pisləşən münasibətlərini yaxşılaşdırmaq istəyirsə, ona əməl etməlidir.

FT-nin məlumatına görə, bu şərtlərə korrupsiyaya qarşı real mübarizə və Baş nazir Viktor Orbanın sığınacaq axtaranlara münasibətdən tutmuş universitetlərdə və tədris planlarında akademik azadlığın təmin edilməsinə qədər Aİ qaydalarına zidd olan qərarlarının nəzərdən keçirilməsi daxildir.

Musavat.com

Избранный
36
47
musavat.com

10Источники