ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Macarıstanda keçirilən seçkilərin nəticələrindən məyus olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
O qeyd edib ki, səfərlərinin məqsədi seçkilərdə asan qələbə gözləmək deyil, uzun müddət tərəfdaş olduqları siyasətçiyə dəstək vermək olub. Vens həmçinin komandasının Macarıstanın hazırkı baş naziri Viktor Orbanın seçkiləri uduzma ehtimalının yüksək olduğunu əvvəlcədən bildiyini etiraf edib.
ABŞ rəsmisi Orbanın siyasi irsini Macarıstan üçün transformativ adlandırıb. Onun sözlərinə görə, proqnozlardan asılı olmayaraq müttəfiqə dəstək vermək vacib idi. Vens əlavə edib ki, Orban Avropada Brüssel bürokratiyasına qarşı çıxmağa hazır olan azsaylı siyasətçilərdən biri olub.
Aytəkin TOFİQQIZI