RU

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

İdman.Biz-in məlumatına görə, günün ilk qarşılaşmasında “Abşeron Lions” komandası “Şəki” ilə münasibətlərə aydınlıq gətirəcək.

Həmin oyun saat 17:00-da başlayacaq.

Günün digər matçında isə son ölkə çempionu “Sabah” “Naxçıvan”la üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Hər iki görüş Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, ötən gün NTD “Neftçi”ni (97:94), “Ordu” “Gəncə”ni (108:106) məğlub edib. Raundun ikinci oyunları aprelin 16-17-də keçiriləcək.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
icma.az

1Источники