BAKI, 14 aprel. TELEQRAF
Müasir dövrdə qadınların iqtisadi fəaliyyətinin artırılması, maliyyə resurslarına çıxışının təmin edilməsi, regional inkişaf tədbirlərinə qatılması prioritet istiqamətlərdəndir.
Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən "Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda panel müzakirədə deyib.
O bildirib ki, bu sahədə qanununvericiliyin təkmilləşdirilməsi və təşviq tədbirlərinin genişləndirilməsi çox vacibdir.