Xəzər dənizində 3.1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla aprelin 14-ü saat 06:43-də qeydə alınan zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub.
Tarix: 14 Aprel 2026, 08:55