RU

Türklər tarix boyu yəhudiləri qoruyublar

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyəyə düşmən olan ölkə bizə dost ola bilməz. Türkiyə Ermənistanın Azərbaycana qarşı düşmən və işğalçı siyasətinə görə hələ də bu ölkə ilə sərhədləri açmır. Türkiyə Azərbaycana qardaş ölkədir və biz Türkiyə ilə birgə bir çox uğurlara imza atmışıq. Qarabağ müharibəsində Türkiyə və Pakistan Azərbaycana siyasi dəstək verib.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"İsrailin Baş naziri Netanyahu cənab Ərdoğan barədə xoşagəlməz ifadələr işlədir. Hədəfin Türkiyə olacağı İsrail rəsmiləri tərəfindən daima qeyd edilir. Türkiyəyə düşmən olan ölkə Azərbaycana da düşməndir. Türkiyə qədər heç bir ölkə bizə dost və yaxın ola bilməz. 1918-ci ildə bizim Cümhuriyyət qurmağımıza kömək edən, daşnak ermənilərin soyqırımından qurtaran türk qardaşlarımız olub" - politoloq deyib.

O, qeyd edib ki, keçmiş SSRİ vaxtında Türkiyənin diqqəti Azərbaycana olub. İkinci Qarabağ müharibəsində Türkiyə bəzi dövlətləri neytrallaşdırdı. F16 qırıcıları Azərbaycana göndərdi: "2001-ci ildə İranın aqressiyadan bizi müdafiə edən Türkiyə oldu.

Bu gün İsrailin Baş naziri və onun hökumət üzvləri qardaş Türkiyəyə qarşı düşməncəsinə hərəkət edir. İsrail başa düşmür ki, Türklər tarix boyu yəhudiləri qoruyub. Onlara şərait yaradıb. Yəhudilər yalnız Türklərin arasında yaşayanda təhlükəsiz olublar".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
icma.az

1Источники