RU

ABŞ fond bazarları Yaxın Şərqdə gərginliyin azalması fonunda yüksəlib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ fond bazarlarında əsas indekslər üzrə artım müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ bazarlarında “Dow Jones Industrial Average” indeksi 0,63% artaraq 48 218,25 bəndə yüksəlib. S&P 500 1,02% artımla 6 886,24 bənd, Nasdaq Composite isə 1,23% artaraq 23 183,74 bənd təşkil edib.

Avropa bazarlarında isə eniş qeydə alınıb. Euro Stoxx 50 0,36% azalaraq 5 905,02 bəndə enib. FTSE 100 0,17% azalaraq 10 582,96 bənd, DAX 0,26% azalaraq 23 742,44 bənd, CAC 40 isə 0,29% geriləyərək 8 235,98 bənd olub.

Asiya-Sakit okean regionunda isə əsasən müsbət dinamika üstünlük təşkil edib. Nikkei 225 2,38% artaraq 57 849,02 bəndə yüksəlib. TOPIX 1,01% artaraq 3 760,65 bənd, Hang Seng Index 0,50% artaraq 25 788,97 bənd, CSI 300 isə 0,76% yüksələrək 4 681,44 bənd olub.

Analitiklərə görə, qlobal bazarlarda müşahidə olunan bu dinamika investorların ABŞ iqtisadiyyatına dair optimizmi ilə yanaşı, Avropada makroiqtisadi risklər və siyasət qeyri-müəyyənliyi fonunda ehtiyatlı davranışından qaynaqlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
apa.az

2Источники