RU

İran ABŞ-ın blokadasına görün necə hazırlaşıb

İran ABŞ tərəfindən limanlarının dəniz blokadasına alınması ehtimalını əvvəlcədən hesablayıb və öncədən bəzi hazırlıq tədbirləri görüb.

Publika.az xəbər verir ki, bunu İraqın "Baghdad Today" nəşri iddia edib.

Nəşr bildirir ki, İran hazırda izlənilməsi praktiki olaraq mümkünsüz xeyli sayda neft tankerini əvvəlcədən açıq dənizə göndərib.

İddiaya görə, bu, tərəfdaşlara tədarükün təxminən 80 gün ərzində təmin edilməsi üçün kifayət edəcək. Ekspertlərin fikrincə, bu cür "üzən anbar"larda yerləşdirilmiş neftin həcmi 170 milyon barel ola bilər.

"Baghdad Today" İslam Respublikasının buna necə nail olduğuna da aydınlıq gətirib. Belə ki, hələ Fars körfəzi akvatoriyasında hərbi qarşıdurmanın kəskinləşməsindən əvvəl İran tankerlərin yüklənməsini adi templərdən 3 dəfə daha intensiv həyata keçirib.

Избранный
37
publika.az

1Источники