RU

Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb

Avropa İttifaqına (Aİ) üzv ölkələr gözləyirlər ki, Macarıstanda parlament seçkilərində qalib gəlmiş müxalif "Tisa" Partiyasının rəhbəri Peter Madyar təxminən 35 milyard avro həcmində Avropa maliyyələşdirilməsinin blokdan çıxarılması üçün 27 tələbdən ibarət siyahını yerinə yetirəcək.

"Far.Az" xəbər verir ki, bu barədə Avropa diplomatlarına istinadən Britaniyanın "Financial Times" (FT) qəzeti yazıb.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Madyar Budapeştin Brüssellə korlanmış münasibətlərini bərpa etmək niyyətindədirsə, bu şərtləri yerinə yetirməlidir.

"Bizim əhəmiyyətli təsir rıçaqlarımız var. Ona (Madyara - red.) təzyiq göstərilir və fikrimcə, o, qısa müddətdə nəticə əldə etməyə çalışır", - FT Aİ nümayəndəsindən sitat gətirib.

Dəqiqləşdirilib ki, Aİ artıq Macarıstanın yeni rəhbərliyi ilə ilk təmasları qurub və bu zamanı yeni Nazirlər Kabinetinə yeni tələblər təqdim edilib.

"Financial Times"ın məlumatına görə, bu tələblər korrupsiyaya qarşı yoxlamaların aparılmasını, həmçinin sabiq baş nazir Viktor Orbanın Aİ normalarını pozduğu qəbul edilən qərarlarına - sığınacaq axtaran şəxslərlə rəftar qaydalarından başlayaraq ali təhsil və tədris proqramları sahəsində akademik azadlığın təmin edilməsinədək - yenidən baxılmasını nəzərdə tutur.

Избранный
40
far.az

1Источники