RU

Kerrik Maynu ilə müqaviləsinin uzadılması ilə bağlı açıqlama verib

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik yarımmüdafiəçi Kobbi Maynunun müqaviləsinin uzadılması ehtimalı barədə danışıb.

Maynu bu mövsüm klubun bütün yarışlarında 24 oyuna çıxıb və üç məhsuldar ötürmə edib.

“Maynu bu mövsümün sonuna qədər müqavilə imzalayacaqmı? Əlbəttə ki, biz də belə düşünmək istərdik. Bu an yaxınlaşır, ona görə də pozitiv və sakit qalırıq. Zaman göstərəcək, amma hazırda yaxşı vəziyyətdəyik”, - deyə Kerrik klubun rəsmi saytında bildirib.

Oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
icma.az

1Источники