RU

Alimlər beynin “gecə təmizliyi” sirrini AÇDI

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Vaşinqton Universiteti Tibb Fakültəsinin tədqiqatçıları yuxu zamanı beyində baş verən və indiyədək elmə məlum olmayan unikal bir mexanizmi aşkar ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqat "Nature" jurnalında dərc olub.

Tədqiqat nəticəsində məlum olub ki, dərin yuxu zamanı sinir hüceyrələri (neyronlar) ritmik dalğalar yaradaraq beyni "yuyub təmizləyir". Bu proses gün ərzində beyində toplanan və neyrodegenerativ xəstəliklərə yol açan zərərli zülalların kənarlaşdırılmasına xidmət edir.

Alimlər müəyyən ediblər ki, yuxu zamanı yaranan güclü beyin dalğaları beyin-onurğa mayesinin hərəkətini sürətləndirir. Bu maye bir növ "bioloji süpürgə" rolunu oynayaraq, Altsheymer xəstəliyinin əsas səbəblərindən sayılan amiloid-beta və tau zülallarını beyin toxumasından çıxarıb atır.

Tədqiqat rəhbəri Dr. Li-Fenq Jianq-Xie bildirir ki, bu kəşf yuxunun sadəcə enerji bərpası deyil, həm də beynin sağ qalması üçün həyati əhəmiyyət kəsb edən bir "təmizlik seansı" olduğunu sübut edir.

Xədicə BAXIŞLI

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
redaktor.az

2Источники